Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 31 iyul 2024-cü il tarixində saat 10:00-da yayımlanacaqdır.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd edilib ki, həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcəkdir.
Maraqlıdır, Mərkəzi Bank uçot dərəcəsini aşağı salacaq?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, faiz dərəcəsinin aşağı salınması gözlənilir:
“Ola bilər ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini 0.25 faiz bəndə endirsin. Amma sual olunur ki, Mərkəzi Bank buna gedəcəkmi? Hələlik heç nə məlum deyil. Əsas məsələ uçot dərəcəsinin aşağı endirilməsinin makro və mikro iqtisadiyyata necə təsir edəcəyidir. Onu da sabah Mərkəzi Bankın qəbul ediləcəyi qərardan sonra proqnozlaşdıra biləcəyik”.
Ekspert qeyd edib ki, 2024-cü ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2023-cü ilin yanvar-aprel aylarına illik müqayisədə azalıb:
“Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəsmi rəqəmlərə baxsaq görərik ki, ölkədə inflyasiya keçən illə müqayisədə nisbətən azdır. İnflyasiyanın az olduğu bir zamanda uçot dərəcəsinin aşağı endirilməsi kredit faizlərinə və digər iqtisadi göstəricilərə müsbət təsir edəcəyini ehtimal edə bilərik”.
Tehsil-press.az