Bu müəllimlərin dərs saatları ARTIRILACAQ - RƏSMİ

Bu müəllimlərin dərs saatları ARTIRILACAQ - RƏSMİ "Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müəllimlərin işə qəbuluna dair müsabiqənin vakansiya seçimi mərhələsində 10 500 vakant yer təqdim edilib:

"4300-dən çox müəllim təkrar sertifikatlaşdırılmada uğur qazana bilməyib, onların əmək müqavilələrinə xitam verilib. Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır".

O, əlavə edib ki, buna görə də hər işdən çıxarılan müəllimin yerinə başqa təhsilverən götürülməyəcək. Məktəbdə fəaliyyət göstərən aidiyyəti fənn müəllimlərinin dərs saatları artırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər