Agentlikdən yaşı 65-dən yuxarı olan müəllimlərə XƏBƏRDARLIQ

Agentlikdən yaşı 65-dən yuxarı olan müəllimlərə XƏBƏRDARLIQ Çalışma yaş həddi əmək müqaviləsinə xitam verilməsi üçün əsas verir. Lakin onların əksəriyyəti peşəkar müəllimlərdir.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sesiyada deyib.

O bildirib ki, bir çox hallarda yaşı 65-dən yuxarı olan müəllimlər əmək müqaviləsinin uzadılması üçün müraciət edirlər:

"65 yaşdan yuxarı olan müəllimlər üçün sertifikasiya könüllü olduğu üçün qeyd edim ki, onların əgər sertifikasiyada iştirak etməyəcəksə, əmək müqaviləsinin uzadılması tələbinə baxılmayacaq".

Eşqi Bağırov sertifikatlaşdırmada 60 yaşdan yuxarı müəllimlərin iştirakına könüllülük prinsipinin gətirilməsini isə belə əsaslandırıb:

"65 yaşına çatan müəllimlər arasında müqavilə müddətini uzatmaq istəməyənlər də ola bilər. Bu səbəbdən də düşündük ki, yaşlı müəllimlərimizi əlavə imtahanlarla, əlavə proseslərlə yormayaq. Amma aralarında xeyli sayda təcrübəli və peşəkar müəllimlər də var. Bu səbəbdən müqavilələrin uzadılması ilə bağlı müraciətlər edirlər".

Eşqi Bağırovun sözlərinə görə, bu il yaşı 60-dan yuxarı olan 600-dən çox müəllim könüllü iştirak üçün müraciət edib.

Qeyd edək ki, ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər