COP29-a gələn turistlər harda qalacaq? - "Spirtli içkilər gətirmək olmaz!" - EKSPERT XƏBƏRDAR ETDİ

COP29-a gələn turistlər harda qalacaq? - Xəbər verdiyimiz kimi, Azərbaycan noyabr ayında keçiriləcək COP29 tədbirnə hazırlaşır. Bu məqsədlə artıq Bakıda bəzi tədbirlərin görüldüyü deyilir. Şadlıq sayarlarında toyların təxirə salındığı, ictimai nəqliyyatın istiqamətlərinin dəyişdiriləcəyi, şəhərin bəzi prospekt və küçələrində gediş- gəlişin məhdudlaşdırılacağı, iş yerləinin onlayn idarə ediləcəyi qeyd edilir.

Mötəbər tədbirə ev sahibliyi edən Bakını həmin ərəfədə çox dəyişikliklər gözləyir. Artıq məktəblilərin və tələbələrin təhsilinə də COP29 öz təsirini göstərdi.

Belə ki, Nazirlər Kabineti “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərar verib.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin aşağıdakı qaydada təşkili təmin ediləcək:

- ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili;

- peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil.

Ölkəmizə turist axını və onların yerləşdirilməsi, otellərin vəziyyəti və keyfiyyət baxımından necə xidmətlər göstərməkləri də müzakirə mövzusudur. Azərbaycanda halal otellərin fəaliyyətə başlaması hələki standartlar üzərindən izah edilsə də, hazırda çox sayda bu cür otellərin fəaliyyətini nümunə göstərə bilərik. Tədbirə gələn xarici vətəndaşların halalmı, yoxsa dünyəvi otel seçmələri maraqlıdır.

Mövzu ilə bağlı Referans.az-a danışan turizm məsələləri üzrə eskpert Ceyhun Aşurov bildirib ki, COP29- bağlı hazırlıqlar gedir, halal otellər turizmin çeşidlənməsi baxımından müsbət hal hesab olunur:

"Halal otel konseptində o demək deyil ki, başqa dinə mənsub insanlar, turistlər qala bilməzlər. Burada qapı hər kəs üçün açıqdır. Sadəcə turistlər müyyyən qaydalara və prinsiplərə əməl etməlidirlər. Halal otellərə spirtli içkilər gətirmək, istifadə etmək olmaz. Digərlərinə maneçilik törətmək olmaz. Halallığı həyatının tərzi edən, İslam dinini rahatlıqla yaşamaq istəyən insanlar üçün bu əlverişli məkandır. Dövlət qurumu "Halal otel" standartını verirsə, bu o deməkdir ki, müştərilərdə hər hansı sual yaratmayacaq".

Tehsil-press.az

Oxşar xəbərlər