Bakı COP29-a HAZIRLAŞIR: İş yerləri QAPADILACAQ, METRO və AVTOBUSLAR isə...

Bakı COP29-a HAZIRLAŞIR: İş yerləri QAPADILACAQ, METRO və AVTOBUSLAR isə... Bakıda bəzi şadlıq saraylarında keçiriləcək toylar təxirə salınıb.

Səbəb noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiridir. Artıq COP29-un baş tutacağı Bakı Olimpiya Stadionu ətrafındakı əksər şadlıq evlərinin noyabrın 8-dən 22-nə qədər toyların sifarişini qəbul etmədiyinə dair məlumatlar əksini tapır.

Ölkəmizə axın edən turistlərin sərbəst hərəkət etməsi baxımından bir çox fəaliyyət sahələrinin hhəmin zaman kəsimində necə fəaliyyət göstərəcəyi sual altındadır.

Mövzu ilə bağlı Referans.az-a danışan turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, COP29 tədbiri ölkəmizdə indiyədək keçiriləcək ən böyük tədbir hesab olunur:

"Çoxlu xarici vətəndaşların ölkəmizə gəlməyi gözlənilir. Bununla əlaqədar olaraq dövlət başçılarının, rəsmi şəxslərin, bu sahə üzrə ekspertlərin ölkəmizə gələcəyi gözlənilir. Mötəbər tədbirlə əlaqədar olaraq ciddi təhlükəsizlik, yerləşmə tədbirləri həyata keçirilir. Gələn qonaqların təhlükəsiz şəkildə hərəkət etməsi üçün müəyyən məhdudiyyətlərin tətbiq olunması gözləniləndir".

Ekspert deyir ki, gələn qonaqların rahat hərəkət etməsi üçün nəqliyyatla bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunması, həmçinin iş yerlərinin müvəqqəti qapadılması və onlayn şəkildə idarə olunması, gediş-gəliş yerlərində məhdudlaşdırlmanın aparılması tətbiq oluna bilər: "Tədbirin qüsursuz və keyfiyyətli keçirilməsi üçün lazım olan bütün zəruri addımların atılacağı gözlənilir. Çünki tədbirin burada keçirilməsinin təkcə iqlim dəyişikliyi ilə əlaqədar deyil, siyasi-iqtisadi, turizm nöqteyi nəzərindən ölkəmizin doğru şəkildə tanıdılması baxımından xüsusi əhəmiyyəti var. 70-80 min insanın ölkəmizə gəlişi Azərbaycanın dünyaya tanıdılması baxımından önəmlidir. Azərbaycan neft- qaz ölkəsidir. Bununla belə, Azərbaycanın iqlim dəyişikliyi ilə əlaqədar olaraq mötəbər tədbirə ev sahibliyi etməsi ölkə olaraq bizim də ətraf mühitə nə qədər diqqət etdiyimizi və bununla bağlı ciddi dəyişikliklərə hazır olduğumuzu dünyaya göstərən mesaj verir".

Tehsil-press.az

Oxşar xəbərlər