Bakıda sabiq məmur evini 15 milyona satışa çıxardı

Bakıda sabiq məmur evini 15 milyona satışa çıxardı Nəsimi rayonu, Tbilisi prospektinə yaxın ərazidə fantastik qiymətə villa satışa çıxarılıb.

Əzəmətli ev Həsən Əliyev küçəsində yerləşir. 36 sot torpaq sahəsi olan villa 2 mərtəbə, 10 otaqdan ibarətdir.

Şəhərin mərkəzində yerləşən villa fantastik qiymətə - 15 milyon manata təqdim olunub.

Satıcı 1500 kv.m mülkün yüksək keyfiyyətli materiallarla tikildiyini və dəyərli əşyalarla təchiz olunduğunu bildirir. Villada ayrıca iş otaqları və əlavə qapalı hovuz da mövcuddur.

Klassik üslubda inşa edilən villanın ətrafında məktəb, bağça və özəl xəstəxanalar, iri market şəbəkələri də fəaliyyət göstərir.

"Yeni Sabah" dəbdəbəli mənzilin sahibinin kimliyini öyrənə bilib. Məlum olub ki, 1500 kv.m mülkün sahibi sabiq məmurlardan biridir.

Tehsil-press.az

Oxşar xəbərlər