Azərbaycanda məktəbli formaları ucuzlaşıb

Azərbaycanda məktəbli formaları ucuzlaşıb Azərbaycanda yeni tədris ili üçün nəzərdə tutulan məktəbli formaları ucuzlaşıb.

Bu barədə “Report”a açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib.

O bildirib ki, hazırda BTE-nin anbarında yüz mindən çox məktəbli forması var: "Bu o deməkdir ki, yeni tədris ilinə tam hazırıq. Bu il şalvar və ətəklərin qiymətində fərq olacaq. Belə ki, keçən il 25 manata satılan şalvar və ətəkləri bu il valideynlər 20 manata ala biləcəklər. Məktəblilərin polo köynəklərinin qiyməti isə 15 manatdır”.

Şöbə müdiri əlavə edib ki, satışda 26-54 ölçü aralığında məktəbli formaları mövcuddur:

"Hazırda birinci sinifdən 11-ci sinifə kimi məktəbli formaları satışdadır. Hətta ölçülərə 56, 58 və 60-da əlavə edilib ki, hər çəkidə olan şagird rahatlıqla özünə uyğun məktəbli formasını ala bilsin. Rəngləri isə məktəblərin özləri tənzimləyir”.

E.Əzimov satılan məktəbli formalarına bir il zəmanətin verildiyini də diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər