İnternet qiymətləri QALXIR - Dillərə dastan internet problemi həllini belə tapacaq?

İnternet qiymətləri QALXIR - Dillərə dastan internet problemi həllini belə tapacaq? Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.

Bu haqda məlumatı bir neçə gün əvvəl internet provayderləri öz saytlarında yaymışdılar.

Belə ki, “Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək.

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.

Qeyd edilən qiymət dəyişiklikləri “Aztelekom” MMC-nin təqdim etdiyi xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək”.

Oxşar məlumatı “Uninet” MMC ("CityNet") də yayıb. Bildirilib ki, tariflər 02.08.2024-cü il tarixindən etibarlıdır. Dəyişikliklər sosialyönümlü və güzəştli paketlərə şamil edilmir:

“Fiber optik internetdən yararlanan abunəçilərin internet sürəti 100 Mb/s-ə qədər artırılacaq. Fiziki şəxslər üçün internet paketinin qiyməti 25 AZN, “İnternet + TV” paketinin qiyməti 31 AZN, “İnternet + TV + Telefon” xidmətinin qiyməti isə 33 AZN təşkil edəcək. Hüquqi şəxslər üçün 100 Mb/s internet paketinin qiyməti 30AZN, 150 Mb/s internet paketinin dəyəri 36 AZN, 250 Mb/s internet paketi üçün qiymət 44 AZN olacaq”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Referans.az-a açıqlamasında yeni internet qiymətləri haqqında danışıb.

Tehsil-press.az

Oxşar xəbərlər