Avstraliyalı elm insanları etdikləri testlər nəticəsində dünya internet sürəti rekordunu qırdılar. Xüsusi hazırlanan optik çip vasitəsilə elm insanları 42.2 terabit internet sürətinə çata bildilər. Verilən məlumatlara görə hazırlanan bu çip 80 ədəd infraqırmızı lazerin gördüyü işi görə bilir. Elm insanlarının əldə etdiyi bu internet sürəti vasitəsilə 1.8 milyon insanın yaşadığı Melbourne şəhərində bütün hər kəsin eyni sürət ilə internetə bağlanmasını təmin etmək mümkün olur.
Bu təcrübəni aparan elm insanlarının dediklərinə görə Melbourde-dakı bütün insanlar eyni anda internetə qoşulsa belə bu sürətdə çox amma çox az dəyişiklik yarada bilir.
Şəkildə gördüyünüz çip 42.2 terabitlik internet sürətinin əldə edilməsini təmin edib. Bu qədər yüksək sürət hələlik sadəcə test laboratoriyalarında əldə edilsə də, testi aparan elm insanlarının dediklərinə görə bütün insanları yüksək internet sürəti ilə təmin etmək mümkündür. Elm adamları bu sürəti əldə edə bilmək üçün infraqırmızı lazeri mikro daraq texnologiyası ilə dəyişdirdilər. Bu təcrübədə xüsusilə fərqlənən Bill Corcoran-un dediklərinə görə hər il internetə olan tələb artır və bu gedişlə növbəti illərdə dünya internet infrastrukturu çökəcəkdir.
Bəs bu qədər yüksək internet sürəti ilə nələri etmək mümkündür? 42.2 terabitlik internet sürəti ilə təxminən 5395 GB həcmində faylı 1 saniyədə yükləmək mümkündür. Bu da təxminən 5.3 GB həcmə malik 1000 ədəd HD keyfiyyətindəki filmi 1 saniyədə yükləmək deməkdir. Əlbəttə bu qədər yüksək internet sürəti standart istifadəçilər üçün çox da gərəkli deyil. Elm insanları da bunun uzaqdan idarəetmə sistemləri, avtonom cihazlar və s. üçün istifadəyə yararlı olduğunu bildirirlər. Bu təcrübə göstərir ki, Avstraliya çox güclü fiber optik infrastruktura malikdir. Və yaxın illərdə Gigabit internetdən Terabitlik internetə keçid edə bilərlər.
Tehsil-press.az