KATV1 əhalinin fiber-optik şəbəkələrlə təqdim olunan yüksək sürətli genişzolaqlı internetə keçməsi üçün müvafiq stimullaşdırma proqramını təqdim edib.
Şirkətdən Tehsil-press.az-a bildirilib ki, əhalinin “fiber”ə (fiber-optik şəbəkələr) keçirilməsi Azərbaycanda internet-infrastrukturu sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. “Fiber”ə keçid nəticəsində istifadəçilər ADSL-dən daha keyfiyyətli internet əldə edəcəklər.
Stimullaşdırma proqramı çərçivəsində KATV1 “optika”ya keçmək istəyən istifadəçilər üçün müəyyən üstünlüklər verən kampaniyalara start verib. Beləliklə, “optika”ya keçid zamanı müvafiq internet-paketinə görə iki aylıq ödəniş edən bütün istifadəçilər pulsuz wi-fi-modem əldə edəcək və ya hər bir yeni istifadəçi seçdiyi paket üzrə bir aylıq pulsuz internet əldə edəcək. Kampaniya avqustun 31-dək davam edəcək.
Tehsil-press.az