Avroliqa: "Qəbələ" tarix yazdı

Avroliqa: Avqustun 4-də “Qəbələ” futbol komandası UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununa çıxıb.

Tehsil-press.az bildirir ki, “Qəbələ” “8-ci kilometr” qəsəbə stadionunda Fransanın “Lill” komandasını qəbul edib.
Matça fəal başlayan təmsilçimiz 34-cü dəqiqədə xorvatiyalı legioner Filip Ozobiçin uzaqdan vurduğu möhtəşəm zərbədən sonra önə keçib-1:0.
Oyun bu hesabla da başa çatıb. Beləliklə, ilk oyunda 1:1 hesabı ilə bərabərliyə qaldığı "Lill"i mübarizədən kənarlaşdıran qəbələlilər UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıblar.




Tehsil-press.az

Oxşar xəbərlər