"Azərbaycan” Nəşriyyatının sabiq direktor müavinin oğlu dələduzluqda ittiham olunur

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azərbaycan” Nəşriyyatının sabiq direktor müavini Ləbib Ləbibovun oğlu dələduzluqda ittiham olunur.

“Report” xəbər verir ki, Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.

R.Ləbibov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 20-ə təyin edilib.

Tehsil-press.az

Oxşar xəbərlər