VII çağırış növbədənkənar parlament seçkilərində 8 saylı Binəqədi seçki dairəsindən namizəd olan VI çağırış Milli Məclis deputatı Azay Quliyev milyonluq mülklə gündəmə gəlib. Sosial şəbəkələrdə A.Quliyevin Pirşağıda hektara yaxın ərazini əhatə edən və dəyəri milyonlarla hesablanan villasının üzə olduğu bildirilir. Villanın ərazisində geniş stadion olması barədə görüntülər də müzakirə yaradıb.
A.Quliyevin Pirşağıdakı mülkü barədə Mərkəzi Seçki Komissiyasına heç bir məlumat vermədiyi də iddia olunur.
Məsələni dəqiqləşdirmək üçün saytımızın əməkdaşı Azay Quliyevin köməkçisi Asəf Vəliyevlə əlaqə saxlayıb. Onun telefonuna seçki qərargahının əməkdaşları cavab verərək bildiriblər ki, seçki ərəfəsində A.Quliyevin köməkçiləri işləmirlər.
Tehsil-press.az