ATƏT PA-nın vitse-prezidenti Makedoniyada parlament seçkilərini izləyəcək

ATƏT PA-nın vitse-prezidenti Makedoniyada parlament seçkilərini izləyəcək Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev dekabrın 8-dən 13-dək Makedoniyanın Skopye şəhərində səfərdə olacaq. Tehsil-press.az-ın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri qismində bu ölkədə keçiriləcək parlament seçkilərini izləyəcəkdir.
Deputatımız səfər çərçivəsində Makedoniyanın dövlət və hökumət rəsmiləri, seçkilərdə iştirak edən müxtəlif siyasi partiyaların nümayəndələri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, beynəlxalq təşkilatların seçkiqabağı vəziyyətlə bağlı hesabatları ilə tanış olacaqdır.
Dekabrın 11-də deputatımız seçki məntəqələrində səsvermənin gedişinə və seçicilərin fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcəkdir. Növbəti gün Azay Quliyev seçkilərin yekununa dair ATƏT PA-nın seçki müşahidə missiyasının rəyini mətbuata təqdim edəcəkdir.

Tehsil-press.az

Oxşar xəbərlər