61 nəfərin öldüyü təyyarə qəzasından möcüzəvi şəkildə qurtuldular

61 nəfərin öldüyü təyyarə qəzasından möcüzəvi şəkildə qurtuldular Ötən gün Braziliyada baş verən təyyarə qəzasından 10 nəfər son anda xilas ola bilib.

Bu barədə Braziliyanın “Globo” xəbər agentliyi məlumat yayıb.

Məlum olub ki, qəza baş verən gün 10 nəfər yanlış qapıda gözləyib və bu səbəbdən uçuşa çata bilməyib.

Səhv yerdə gözlədiklərini öyrənən şəxslər sözügedən təyyarəyə minmək üçün hava limanında işləyən şəxslərə yalvarsalar da, onlara icazə verilməyib.

Təyyarənin qəzaya uğradığını eşidən 10 nəfərdən biri yerli mətbuata bu sözləri deyib:

“Ayaqlarım əsir. Necə hiss etdiyimi sadəcə tanrı bilir. Tanrıya şükür ki, o təyyarəyə minməmişik”.

Qeyd edək ki, cümə günü günortadan sonra sərnişin təyyarəsi San Paulunun kənar məhəllələrindən biri olan Vinyeduda qəzaya uğrayıb.

Hadisə nəticəsində “Voepass” aviaşirkətinə məxsus təyyarədə olan 57 sərnişin və 4 nəfər ekipaj üzvü vəfat edib.

Tehsil-press.az

Oxşar xəbərlər