Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi Kembric (Cambridge School) statusu alıb

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi Kembric (Cambridge School) statusu alıb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamında qeyd olunan mühüm məsələlərdən biri də Naxçıvan Dövlət Universitetinin nəzdində İngilisdilli orta məktəbin fəaliyyətə başlaması olub. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq NDU-nun Beynəlxalq Məktəbinə Kembric Beynəlxalq Təhsil proqramı ilə 2024-cü ilin sentyabr ayından etibarən 1-ci və 6-cı siniflər üçün tədrisin həyata keçirilməsi istiqamətində beynəlxalq lisenziya verilib.

Qeyd edək ki, Kembric proqramı dünyada bir neçə tanınmış, nüfuzlu tədris proqramlarından biridir və Kembric diplomları (attestat) dünyanın ən nüfuzlu universitetləri tərəfindən tanınır.

Nəzərinizə çatdıraq ki, tədrisi yanlız İngilis dilində həyata keçirilən Kembric proqramına lisenziya almaq üçün məktəblərdən müasir idarəetmə, yeni və effektiv tədris prosesi, müasir tədris imkanları tələb olunur. Məktəbi bitirərkən şagirdlər İngilis dili ilə yanaşı modern dünya dillərindən ən az birinə mükəmməl şəkildə yiyələnir.

Məlumat üçün onu da bildirək ki, universitetdə Beynəlxalq Məktəbin Kembric proqramı üzrə məsul şəxsi Bayram Əliyevdir.

Tehsil-press.az

Oxşar xəbərlər