Tez-tez sosial mediada, dünya mətbuatında Skandinaviya dağlarının, İsveçrənin, Norveçin təbiətini əks etdirən videoları, görüntüləri izləyirik, paylaşırıq. Bəs ölkəmizdə - Azərbaycanda yerləşən, qeyd etdiyim ölkələrin təbiətindən çox-çox öndə olan Kəlbəcərimizi niyə paylaşmırıq? Bu gözəlliyi, Tanrının əliaçıqlıqla bəxş etdiyi bu nemətləri niyə izləməkdən doymuruq?
Kəlbəcərdə dolanbac yollarla hərəkət etdikcə, hər döngədən burulduqca təbiət surprizləri ilə insanı mat qoyur. "Ölüb cənnətə düşməsəm, ən azından Kəlbəcəri görmüşəmsə, bu bəs edər" deyə düşünür insan bu mənzərələr qarşısında.
Kəlbəcərə yol aldıqca yaşıllıqlar öz yerini mavi göy üzünə, pambıq kimi buludlara verir. Bu hündürlükdən Vətəni izləmək, onun havasını udmaq insanın içində kiçik bir gizilti yaradır...
Elə isə sizi bu gözəllikləri gözünüzlə görmək üçün, bütün problemlərinizindən, yayın od-alov yağdıran istisindən ayırıb doğma Kəlbəcərə aparmaq istəyirik.
Modern.az Kəlbəcərdən heç yerdə görmədiyiniz eksklüviz kadrları təqdim edir:
Tehsil-press.az