Sevinirəm ki, Kəlbəcərə gənc müəllim kimi qayıdacağam

Sevinirəm ki, Kəlbəcərə gənc müəllim kimi qayıdacağam Vətən müharibəsində iştirak etməyi özümə borc bildim. Oktyabrın 1-ə könüllü olaraq müharibəyə getdim. Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə fəal iştirak etdim.
Bunu təhsil naziri Emin Əmrullayevin Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşü zamanı Kəlbəcər rayonu 78 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tural Oruczadə deyib.
“Fəxr edirəm ki, qalib ordunun qalib əsgərləri sırasında mən də varam. Özüm kəlbəcərliyəm. Kəlbəcər işğal olunanda 9 aylıq körpə olmuşam.
Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm ki, bizə öz ata-baba torpaqlarımızı düşməndən azad etmək üçün imkan yaratdı. Sevinirəm ki, körpə ikən çıxdığım Kəlbəcərə gənc müəllim kimi qayıdacağam”, - deyə Tural Oruczadə qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər