Boş qalan yerlərə ixtisas seçimi nə vaxt aparılacaq?

Boş qalan yerlərə ixtisas seçimi nə vaxt aparılacaq? Xəbər verdiyimiz kimi, DİM ali məktəblərə qəbulun nəticələrini açıqlayıb.

Referans.az-ın məlumatına görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər