ADPU-nun filiallarında I ixtisas qrupu üzrə boş qalan yerlərə ixtisas seçimi aparılır

ADPU-nun filiallarında I ixtisas qrupu üzrə boş qalan yerlərə ixtisas seçimi aparılır Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2021-2022-ci tədris ili üzrə qəbul planında I ixtisas qrupu üzrə boş qalan yerlərə ixtisas seçimi aparılır.
Bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub. ADPU-nun Şamaxı, Şəki, Ağcabədi, Quba filiallarında riyaziyyat, fizika, riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə 105 yer boş qalıb. Bu ixtisaslar üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Qeyd olunan ixtisaslar üzrə təhsil ödənişli və əyani formadadır.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 10-dək davam edəcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər