Deputat: "Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrdə Ukraynanın Ermənistanla əməkdaşlığı dayandırdığına dair fəaliyyət görülməyib"

Deputat: "SOCAR və "Qazprom" şirkətləri son 10 ildə qaz tədarükü, həmçinin qaz-kimya müəssisələrində qazdan istifadə sahəsində müntəzəm olaraq əməkdaşlıq edirlər. Xüsusilə, “Şimal-Cənub” layihəsi və 2024-cü ilin sentyabrında Hərtərəfli Elmi-Texniki Əməkdaşlıq Proqramının imzalanmasının nəzərdə tutulması buna əyani nümunədir. Hazırda Ukraynada SOCAR-ın boykot edilməsi ilə bağlı kampaniya başlayıb. Buna səbəb Azərbaycan şirkətinin “Qazprom”la strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılaşma əldə etməsidir. SOCAR-ın Ukraynada fəaliyyətdə olduğu müddətdə istər müharibə vaxtı pulsuz yanacaq verməsi, istərsə də bu ölkəyə verdiyi iqtisadi faydaları qeyd etmək yerinə düşər. Müharibəyə rəğmən, Rusiya qazı hələ də Ukrayna ərazisindən keçərək, Avropaya çatdırılır və bundan “Qazprom” böyük pullar qazanır. Rəsmi Kiyev də bu nəqldən tranzit haqqı alır. Rusiya qazının Ukraynadan keçərək, Avropaya daşınması ilə bağlı razılaşma bu ilin sonunda başa çatacaq. Avropa İttifaqı isə müqavilənin ən azı 2025-ci ilin sonuna qədər uzadılmasını istəyir".

Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

"Azərbaycan torpaqlarının 30 il işğal altında qaldığı dövrdə Ukraynanın Ermənistanla hər hansı bir əməkdaşlığı dayandırdığına dair heç bir fəaliyyət görülmədi. Təbii ki, Azərbaycan bu münasibəti heç zaman Ukrayna və ya başqa bir dövlətdən də gözləməyib. Bütün bunlara baxmayaraq, Azərbaycan bu münaqişədə tərəf deyil, balanslaşdırılmış mövqe tutur. Həm Rusiya, həm də Ukrayna ilə siyasi-iqtisadi əməkdaşlığını genişləndirir və bunda maraqlıdır. Bildiyiniz kimi, Azərbaycan Ukraynaya müntəzəm şəkildə yardımlar edir, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü tanıyır. Münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün çağırışlar da edir. Azərbaycan öz iqtisadi və siyasi maraqlarını nəzərə alaraq qonşularla dinc yaşama prinsipinə əməl edir. Xüsusilə də, Rusiya ilə əməkdaşlıqda bunu prioritet hesab edir...", - Müşfiq Cəfərov bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər