Rusiya qazı Azərbaycana iyun ayından idxal ediləcək.
"Qazprom" iyunda Azərbaycan tərəfi ilə qaz nəqli ilə bağlı danışıqlar aparacaq.
Tehsil-press.az-ın məlumatına görə, bu sözləri "Qazprom"un İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev deyib.
"Azərbaycan tərəfi maraq göstərir. Yaxın vaxtlarda, hətta ola bilsin ki, Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində bununla bağlı danışıqlar aparacağıq və Azərbaycan tərəfinin tələbatını öyrənəcəyik. Bildiyimiz odur ki, Azərbaycan tərəfinə Rusiya qazı lazımdır", - deyə A. Medvedev qeyd edib.
Rusiyanın "Qazprom" şirkəti Azərbaycana qazı 2004-cü ildən ixrac edir. 2009-cu ildə isə əksinə, Azərbaycan qazının Rusiyaya ixracı haqqında razılıq əldə edilib.
Aleksandr Medvedyev-"Qazprom"un İdarə Heyəti sədrinin müavini
Belə ki, "Qazprom" Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Azərbaycan qazının alış-satışı haqqında müqavilə imzalayıb.
Beləliklə, ölkəmiz Rusiyaya qaz ixrac etməyə başlayıb. 2012-ci ildə həmin müqaviləyə əlavələr imzalanıb. 2015-ci ildən etibarən isə Azərbaycan qonşu ölkəyə qaz ixracını dayandırıb.
Tehsil-press.az