Azərbaycan torpaqlarının azad edilməsindən sonra regionda yeni əməkdaşlıq formatı yaranıb - Nizami Səfərov

Azərbaycan torpaqlarının azad edilməsindən sonra regionda yeni əməkdaşlıq formatı yaranıb - Nizami Səfərov Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra regionda yeni əməkdaşlıq formatı yaranıb.
Bunu Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun sədri Nizami Səfərov "Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər" adlı beynəlxalq dəyirmi masa zamanı deyib.
"Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirdi. Rusiya da münaqişənin tənzimlənməsində fövqəladə rol oynayıb. Rusiya şübhəsiz ki, strateji tərəfdaşdır. Torpaqların azad edilməsindən sonra regionda həm siyasi, həm də iqtisadi sahədə yeni əməkdaşlıq formatı yaranıb", - deyə o bildirib.
Deputat qeyd edib ki, Azərbaycan qalan məsələlərin dinc tənzimlənməsini və sülh müqaviləsinin imzalanmasını, eləcə də kommunikasiyaların açılmasını hədəfləyir.
"Biz ümid edirik ki, regionun bütün ölkələri post-münaqişə dövründə məsələlərin dinc yolla həll olunmasında maraqlıdır", - N.Səfərov deyib.

Tehsil-press.az

Oxşar xəbərlər