Bu gün Türkiyənin energetika naziri Berat Albayrak Rusiyanın “Qazprom” şirkətinin prezidenti Aleksey Milleri qəbul edib.
“Hürriyet” qəzetinin verdiyi məlumata görə, görüşdə Rusiya qazının Qara dənizdən və Türkiyədən keçməklə, Avropaya nəqlini nəzərdə tutan “Türk axını” layihəsi, iki ölkə arasında qazın qiyməti ilə bağlı problemin həlli və regional enerji əməkdaşlığı məsələləri müzakirə olunub.
Təkbətək görüşdən sonra BOTAŞ və “Qazprom” heyətləri arasında görüş başlayıb. Görüşə Türkiyədən BOTAŞ baş direktoru Burhan Özcan və “Qazprom” İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedevlə yanaşı iki şirkətin yüksək vəzifəli şəxsləri qatılıblar.
Qeyd edək ki, Türkiyə tərəfi keçən il “Qazprom” şirkətinin Türkiyəyə satılan qazın qiymətinə 10,25 faiz endirim etməməsi ilə əlaqədar Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib.
Tehsil-press.az