Onlar tələbə adı qazandılar - Bir FOTOnun maraqlı tarixçəsi

Onlar tələbə adı qazandılar - Bir FOTOnun maraqlı tarixçəsi İllər öncə ucraq dağ rayonu Yardımlı rayonu Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhhərmovun qarlı-şaxtalı havada aşağı sinif şagirdlərinin əlindən tutaraq məktəbə apardığını əks etdirən fotosu Azərbaycan cəmiyyətində viral olmuşdu.

Ölkə.Az xəbər verir ki, Azərbaycan cəmiyyətində hamı Nəcəf müəllimin o qayğıkeş hərəkətindən və fədakarlğından söz açırdı.

İllər ötdü. Həmin o uşaqlar orta məktəbi başa vurub məzun oldular və onlar müstəqil həyata uğurları ilə qədəm qoydular. Belə ki, həmin fotoda 8 şagirddən 5-i bu ilə orta məktəbi bitirərək müxtəlif ali məktəb və kolleclərə qəbul olunublar.

İndi onları oxuculara təqdim edirik:
1. Ziyadlı Sevinc İlkin qızı - Xəzər Universiteti, Tarix müəllimliyi
2. Cəlilzadə Nuranə Sahib qızı - Tibb Kolleci
3. Əhmədli Hidayət Sücayət oğlu - Sumqayıt dövlət Universiteti, Tarix fakültəsi
4. İmanlı Əli Maqsud oğlu - Rabitə Nəqliyyat Kolleci, Logistika fakültəsi
5. Əhmdəli Murad Aqil oğlu - H.Əliyev adına Hərbi İnstitut

Onlar tələbə adı qazandılar - Bir FOTOnun maraqlı tarixçəsi


Tehsil-press.az

Oxşar xəbərlər