İsrail HÜCUM ETDİ: Bu əmr aranı qarışdıracaq!

İsrail HÜCUM ETDİ: Bu əmr aranı qarışdıracaq! İsrail ordusu Qəzzanın mərkəz və cənub istiqamətlərinə aviazərbələr endirib.

Referans.az xəbər verir ki, yerli medianın yaydığı məlumata görə, hadisə nəticəsində HƏMAS hərbi qruplaşmasının 10-dan çox üzvü həlak olub.

Bundan əlavə, Deyr əl-Bələh, Xan Yunis və Rəfah bölgələri də hədəf alınıb. Hücumlar 6 nəfərin həyatına son qoyub. İordan çayının sahilinə endirilən zərbələr isə 7 nəfərin ölümünə səbəb olub.

İsrailin Deyr əl-Bələh şəhərinin bir neçə bölgəsinin boşaldılması əmrindən sonra BMT Qəzza zolağında sakinlərə humanitar yardımın çatdırılmasını müvəqqəti olaraq dayandırıb.

Təşkilatın əməkdaşları məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bildiriblər ki, gərgin vəziyyətdə olan bu ərazilərdə yardımın dayandırılması daha ciddi humanitar fəsadlara yol açacaq.

Daha ətraflı video-süjetdə:



Tehsil-press.az

Oxşar xəbərlər