İsrail düşmənlərə sərt cavab verməyə davam edəcək - Netanyahu

İsrail düşmənlərə sərt cavab verməyə davam edəcək - Netanyahu İsrail düşmənlərə sərt cavab verməyə davam edəcək.
Bunu İsrailin baş naziri Binyamin Netanyahu Livandan İsrailin şimalına raket hücumundan sonra ölkənin nazirlərinin iştirakı ilə keçirilən hərbi-siyasi kabinetin iclasından sonra deyib.
"İsrailin - bu gecə və gələcəkdə - (düşmənlərə - red.) ağır bədəl ödədəcək", - deyə B.Netanyahu bildirib.
Xatlrkadaq ki, daha əvvəl İsrail Müdafiə Ordusunun mətbuat xidməti Livan ərazisindən İsrailə doğru ən azı 34 raket atıldığını, onlardan 25-inin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, daha 5-nin isə dövlətin ərazisinə düşdüyünü bildirib. Daha dörd raketlə bağlı məlumat dəqiqləşdirilir. “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, raket hücumu nəticəsində 3 nəfər yüngül xəsarət alıb.
Daha sonra İsrail ordusu Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Tehsil-press.az


Oxşar xəbərlər