İsrail ordusunun itkiləri 582 nəfərə çatıb

İsrail ordusunun itkiləri 582 nəfərə çatıb Ötən gün Qəzza zolağının şimalında 2 İsrail əsgəri həlak olub, 7-si ağır yaralanıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir.
Beləliklə, Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 582 nəfərə çatıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəs əldə olunub. Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.

Tehsil-press.az



Oxşar xəbərlər