Hamster Kombat oynayanlar pullarını ala biləcək - TARİX MƏLUM OLDU

Hamster Kombat oynayanlar pullarını ala biləcək - TARİX MƏLUM OLDU Telegram-da məşhur Hamster Kombat oyununun tərtibatçıları HMSTR kriptovalyutasının birjalara buraxılma tarixini açıqlayıblar/

27 sentyabr tarixində oyunçuların virtual pulları real pula dəyişdirə biləcəkləri gözlənilir. Bu barədə mesaj Hamster Kombat-ın rəsmi Telegram kanalında yer alıb.

Bununla belə, oyun valyutasının HMSTR kriptovalyutasına necə çevriləcəyi ilə bağlı heç bir təfərrüat açıqlanmır.

Hamster Kombat, oyunçuların hamsterə klikləməklə, kodları həll etməklə və kombo kartları toplamaqla xal qazandıqları Telegram əsaslı klik oyunudur. Binance MDB-nin keçmiş rəhbəri Vladimir Smerkis oyunçuların çoxluğuna görə tokenlərin paylanmasının çətinliyi barədə xəbərdarlıq edib, blokçeyn üzrə mütəxəssis Oleq Lupikov isə layihədə böyük qazanc əldə etmək imkanlarına bel bağlamamağı məsləhət görüb.

Hamster Kombatın Telegram-da oyun bazarında bir neçə analoqu var: "Blum", "Catizen", "Lost Dogs: The Way", "TapSwap", "X Empire" və s.

Tehsil-press.az

Oxşar xəbərlər