İki sinfin bütün məzunları tələbə OLDU

İki sinfin bütün məzunları tələbə OLDU Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan iki ümumi təhsil müəssisəsindən rekord nəticə əldə olunub.

İdarədən AzEdu.az-a verilən məlumata görə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli məktəb-liseyin XI L sinfindən 17 şagird, Neftçala şəhər S.İmanov adına 1 nömrəli tam orta məktəbin XI b sinfindən 19 məzunun hər biri universitetə qəbul olub. Beləliklə, həmin siniflər yüz faiz nəticə göstərib.

Tehsil-press.az

Oxşar xəbərlər