Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək ötən tədris ilində təhsildə əldə olunan nailiyyətlər, sertifikatlaşdırma imtahanlarının əhəmiyyəti, yeni tikilən məktəblər, dərslik təminatı, şagird davranış qaydaları və digər layihələr barədə məlumat verib. Fərzəli Qədirov növbəti tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında rayon üzrə təhsildə əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə edib.
Daha sonra Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ötən tədris ilinin nəticələrinə dair hesabatla çıxış edib.
Tədbirdə təhsil müəssisələri, təhsilverənlər və təhsilalanlarla bağlı 2023–2024-cü tədris ili üzrə əsas mesajlar müzakirə edilib, çıxışlar dinlənilib.
Konfransda, həmçinin Neftçala, Hacıqabul, Salyan, Biləsuvar rayonları və Şirvan şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, həmin rayonlarda çalışan məktəb direktorları, müəllimlər iştirak ediblər.
Tehsil-press.az