Sentyabrın 20-də Şirvanda 21 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.
Yeni məktəb binası 624 şagird yerlikdir. 26 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 2 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, qapalı və açıq idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək.
2021-2022-ci tədris ilində məktəbdə 689 şagirdin, məktəbəhazırlıq qrupunda isə 77 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 59 nəfər pedaqoji, 21 nəfər texniki işçi çalışır.
Şirvan şəhərində 14 tam orta, 1 ümumi orta, 1 ibtidai olmaqla, ümumilikdə 16 ümumi təhsil müəssisəsi, 1 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Açılış mərasimində təhsil nazirinin müavini Muxtar Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, müavini Aynur Fərzəliyeva, Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev iştirak edib.
Tehsil-press.az