15 min səs toplayan Pərvanə Vəliyeva kimdir?

15 min səs toplayan Pərvanə Vəliyeva kimdir? 35 saylı Xətai üçüncü Seçki Dairəsindən YAP-ın namizədi Vəliyeva Pərvanə Bulud qızı deputat seçilib.

O, 15 min 273 səs toplayıb. O, ən yaxın rəqibini 13 min səs qabaqlayıb.

Qeyd edək ki, "Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur, "Prezident təqaüdçüsü” olub.

Uzun illərdir QHT sahəsində fəaliyyət göstərib, BMT, ATƏT, ÜST və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq təcrübəsinə malikdir. 2021-ci ildən Vərəm əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin üzvüdür. 2023-cü ilin yayından Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı fəaliyyətə başlayan "Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisidir. 2024-cü ilin fevral ayında COP29 Təşkilat Komitəsinin üzvü təyin olunub.

Tehsil-press.az

Oxşar xəbərlər