Ailənin vəfat edən 3 üzvünə bildiriş gəldi - Biri 14 il əvvəl ölüb

Ailənin vəfat edən 3 üzvünə bildiriş gəldi - Biri 14 il əvvəl ölüb 28 saylı Sabunçu üçüncü seçki dairəsi 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində dünyasını dəyişmiş şəxslərin adına seçkidə iştirak etməklə bağlı bildiriş göndərib.
Bu barədə vəfat etmiş şəxslərin yaxınları məlumat veriblər. Bildirişə əsasən, həmin şəxslər Nizami: 9 ünvanında yerləşən 4 saylı seçki məntəqəsinin seçicilər siyahısına daxil ediliblər.
Söhbət Dairə Seçki Komissiyası tərəfindən seçici kimi təqdim edilən Rəfiqə Vəliyeva, Xədicə Vəliyeva və Həsənağa Vəliyevdən gedir. Amma adıçəkilən şəxslər - R. Vəliyeva 2006-cı ilin dekabrın 20-də, X. Vəliyeva 2018-ci ilin sentyabrın 3-də, Həsənağa Vəliyev isə 2019- cu ilin iyun ayında vəfat edib.
Ailəni təəccübləndirən əsas məsələ 1 ünvana vəfat etmiş 3 şəxslə bağlı bildirişlərin göndərilməsi ilə yanaşı, onlardan birinin hələ 14 il əvvəl dünyasını dəyişməsidir. Belə ki, həmin şəxsin ölümündən sonra ölkədə 2 dəfə vətəndaşların siyahıyaalınma prosesi baş tutub.
Qeyd edək ki, seçicilərlə bağlı bildirişlərin hazırlanması və ünvanlara çatdırılması birbaşa Dairə Seçki Komissiyasının səlahiyyətindədir.
Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına bir neçə gün əvvəl sorğu göndərsə də, komissiya sorğunu cavablamayıb.

Tehsil-press.az

Oxşar xəbərlər