Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb. Ən gənc namizəd olaraq seçkilərdə öndə olan 28 yaşlı Əziz Qasımov diqqət çəkir.
Metbuat.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Ə.Qasımov Naxçıvan Dövlət Universitetinin Kadr və ümumi işlər şöbəsinin müdiridir. O, 2013-cü ildə Şərur Türk Liseyini, 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasını, 2019-cu ildə daxil olmaqla Naxçıvan Dövlət Universitetinin “Dövlət hüququ” ixtisası üzrə magistratura pilləsini bitirib.
Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri olub. Həmçinin, 2022-ci il Gənclər üçün Prezident mükafatçısıdır.
Qeyd edək ki, Əziz Qasımov 32 saylı Naxçıvan şəhər seçki dairəsində 57.89 faiz səslə liderdir.
Tehsil-press.az