“SpaceX”şirkəti 2018-ci ildə kosmosa pilotsuz gəmi göndərməyi nəzərdə tutub. Xəbər verilir ki, kosmik aparata “Red Draqon” (Qırmızı Əjdaha) adı veriləcək. Uçuşun məqsədi insanları və yükləri Marsa çatdırmaq texnologiyasını təcrübədən keçirməkdir.
Məlumata görə, kosmik gəminin konstruksiyası haqda ətraflı məlumatı şirkətin başçısı İlon Mask sentyabr ayında Meksikada keçiriləcək beynəlxalq astronavtika konfransında verəcək.
Biznesmen onu da qeyd edib ki, 9 ildən sonra insan Marsa uça biləcək. Həmçinin onun şirkəti Günəş sistemindəki planetlərə uçmaq üçün “Draqon-2” aparatının hazırlanmasını da planlaşdırır.
tehsil-press.az