Məşhur psixoloq Aytən Ələkbərova müğənni Afət Fərmanqızı ilə bağlı iddialar səsləndirib.
Referans.az xəbər verir ki, psixoloq müğənninin çıxış etdiyi və sosial şəbəkədə yayılan videosunun şərhinə Afət Fərmanqızının qaziyə 50 manat kirayə pulunu keçmədiyini yazıb.
Səslənən iddia ilə bağlı Afət Fərmanqızı ilə əlaqə saxladıq. Müğənni haqqında deyilənlərin şər- böhtan olduğunu bildirdi:
"Kimsə xainliklə yazıb. Mənim kirayə verdiyim ev "Sea Breeze"- dədir. Bunu da müqavilə ilə şirkətə həvalə etmişəm, kirəyə işlərinə onlar baxır. Yalan söhbətdir. Bu xanım kimdirsə, tanımıram. Bu mənim ictimai nüfuzuma xələldir. O şəxs bunu sübut etməlidir, həmin xanımı məhkəməyə verəcəyəm. Görün xalqı, qaziləri üstümə necə qaldırır?!".
Məsələnin təfərrüatı ilə bağlı psixoloq Aytən Ələkbərova ilə əlaqə saxladıq. Psixoloq iddianı təsdiqlədi və həmin qazinin öz həyat yoldaşı olduğunu dedi: "Afət xanımın bizə kirayə vermək istədiyi ev Tbilisi prospektində idi. Biz kirayə ev axtarırdıq, oğlum əsgərliyə gedirdi. Bu 2021- ci ildə olub. Dedilər ki, belə ev var kirayə verilir. Gedib evə çatanda dedilər ev qəşəngdir, özüdə bu ev Afət Fərmanqızının evidir. Özü gəldi dedi ki, evin kirayəsi 650 manatdır. Mən də dedim ki, biz hərbiçi ailəsiyik, yoldaşım da qazidir. Olarmı kirayə üçün 600 manat verək? Mənə konkret olaraq "olmaz" dedi. Açığı ev də həddindən artıq çirkli idi. Kirayə qalan şəxs evdən çıxmışdı, ev hələ təmizlənməmişdi. Olduğu kimi deyirəm. 50 manat bir şey deyildi. Amma, uzun müddət kirayə evdə qalanlar üçün çoxdur. Ondan sonra cənab Prezident yoldaşıma 3 otaqlı ev verdi. Bəlkə də Afət xanım ailə qədrini bilmir. 50 manatın büdcəyə necə təsir etdiyini hərbiçi ailəsi olaraq bilirəm. Ona görə mən bu şərhi yazdım".
Tehsil-press.az