Xəzər Universitetinin tələbəsi “Girls making change” sosial layihəsinin qalibi olub

Xəzər Universitetinin tələbəsi “Girls making change” sosial layihəsinin qalibi olub ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilərək may-noyabr ayları ərzində keçirilmiş "Girls Making Change" sosial layihəsinin nəticələri açıqlanıb. Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin 2-ci kurs tələbəsi Afət Əhmədova sosial layihənin qalibi olub.
Layihəyə 1000-ə yaxın şəxs müraciət edib və seçilən 100-dən çox iştirakçı imtahan mərhələsinə buraxılıb. İmtahan nəticələrinə əsasən müsahibə mərhələsində 60 qadın, 20 qadın isə maksimum nəticə göstərdiyinə görə iştirak hüququ qazanıb. Afət Əhmədova maksimum nəticə göstərənlərdən biri olub. Bütün mərhələlər tamamlandıqdan sonra isə 45 xanımın layihədə iştirakı təsdiqlənib.
Sonda “Hackathon” yarışı keçirilib və Afət Əhmədovanın “Victory” komandası 1-ci yerə layiq görülüb.

Tehsil-press.az


Oxşar xəbərlər