Bakıda bir ailənin iki üzvü dəm qazından zəhərlənib.
Hadisə aprelin 14-ü saat 21:30 radələrində paytaxtın Xətai rayonunda baş verib. Gəncə prospekti 34 ünvanında yerləşən yaşayış binasında kirayə yaşayan bacılar - Qax rayon sakinləri, 1992-ci il təvəllüdlü Aygün və 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərlənərək ölüb.
Onların Bakıda şirkətlərin birində reklam agenti işlədikləri və 2017-ci ildən bəri həmin evdə rəfiqələri Sevər Əhmədova ilə birgə yaşadıqları məlum olub.
İlkin araşdırma zamanı, Dilarə Nəsibovaya məxsus iki otaqlı mənzilin eyvanının mətbəx kimi istifadə olunduğu, orada quraşdırılan "Termet" markalı qazla işləyən su qızdırıcısının əvvəllər də dəfələrlə söndüyü, həmin vaxtdan otaqdan qaz iyi gəldiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az