AzTV-dəki bu verilişin aparıcısı məlum oldu

AzTV-dəki bu verilişin aparıcısı məlum oldu Azərbaycan Televiziyasında (AzTV) yayımlanan “Günə doğru” verilişinində yenidən dəyişikliklər olub.

OLAY yazır ki, sözügedən proqramı Əməkdar artist Elnur Kərimovla yanaşı yeni aparıcısı Aytac Qəmbərova olacaq.

Aytac ötən mövsüm həmin verilişi aparan Nübar Əbilin yerinə gəlib.

Bununla bağlı Qəmbərova instaqram səhifəsində məlumat yayıb.

Qeyd edək ki, A.Qəmbərova daha əvvəl “Xəzər” televiziyasında yayımlanan “Bu ana kimi” verilişinin aparıcılarından biri olub.

Xatırladaq ki, Günə doğru” proqramının ilk aparıcısı Xədicə Sənanqızı olub. O, 4 mövsüm verilişi idarə edib. Xədicə, ötən mövsüm AzTV ilə yollarını ayırsa da, lakin bu mövsümdən etibarən həmin kanalda “1az TV” verilişini aparacaq.

Tehsil-press.az

Oxşar xəbərlər