"Yuxu kimi" serialı artıq bitdi. Final oldu. Hazırda "Xəzər" TV-də yayımlanan "Xəyanət" serialında çəkilirəm. Bu mövsümdən "Xəyanət"də olacağam. Ümid edirəm ki, yaxşı olacaq. Bizim istirahətimiz elə çəkilişlərdir. 10-15 gün istirahət mənə kifayət edir. İş gözəldir. Təki həmişə iş olsun, biz də işləyək. Bugünkü günümüzə şükürlər olsun ki, Allah bu gücü, bu qüvvəti bizə verib və bizi görürlər, çağırırlar, dəvət edirlər".
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Gəncə Dövlət Dram Teatrının aktrisası Pərvanə Qurbanova deyib.O daha sonra rollarından və xüsusilə də "Xəyanət" serialındakı obrazından danışıb."Ürəyimdə qalan elə bir rol olmayıb. Bütün rollarımı sevib oynamışam. Özüm üçün qadağalar qoymuşam, o səhnələrə də çəkilməmişəm. Sağ olsunlar rejissorlarımız serialda da, teatrda da razılaşıblar. Ümumi işin gedişatına zərər gəlməyib."Xəyanət" serialına dəvət alanda da ilk olaraq obrazı soruşdum. Oynadığım rol balasını illərdir görməyən ana obrazıdır. Həyəcanlı, kədərli günlər yaşayan ana.
Serial hələ bir az çəkilib, bilirsiniz ki, ssenari gedişatda yazılır. Yeni rejissor gəlib. İş prinsipi çox xoşuma gəlir. Baxımlı bir iş olacağına əminəm", - deyə sevilən aktrisa bildirib.Aktrisa bildirib ki, sənətdə problemlər hər zaman olub və olacaq..."Problem tək sənət yox, bütün sahələrdə var. Jurnalistika sahəsində də var, televiziya sahəsində də. Bizdə də həmçinin. Hər kəs öz öhdəsinə düşən vəzifəsini icra etsə mənə elə gəlir ki, hər şey yaxşı olar. Bəzən deyirlər kastinq problemi var, tanışlarını çəkirlər...
Tehsil-press.az