Sevgilisi tərəfindən qəbiristanlıqda yandırıldığı deyilən müğənni ilə bağlı ŞOK - "Benizin töküb, alışqanı üzərinə atıb...."

Sevgilisi tərəfindən qəbiristanlıqda yandırıldığı deyilən müğənni ilə bağlı ŞOK - Mətbuatda yandırılaraq öldürüldüyü iddia edilən müğənni Həmidə Tağıyevanın anası Samirə Tağıyeva şikayətçidir.

Referans.az-a danışan mərhum müğənninin anası qızının ölümü ilə bağlı danışıb. Qızının ölüm hadisəsinə görə indiyə qədər heç kimin istintaqa cəlb olunmadığından şikayətçi olan ana Baş prokuror Kamran Əliyevin qəbulunda olub

"Bildirdim ki, qızımın işi Abşeron rayon Prokurorluğundan alınsın, Baş Prokurorluğun İstintaq İdarəsinə təhvil verilsin. Bu yaxınlarda bizə ətraflı məlumat verəcəklər. Şikayətimdən sonra avqustun 10-u qızımın ölümü ilə bağlı yenidən cinayət işi açılıb. Ondan əvvəlki cinayət işi açılıb və bizə xəbər verilmədən işi bağlamışdlar".

Samirə Tağıyeva bildirib ki, ölməmişdən qabaq qızı Həmidə xəstəxanada ona və bacısına etiraf edib ki, sevgilisi Tahir əvvəl benzini töküb üstünə, sonra alışqanı ona tərəf atıb: "Mən işin arxasınca getdiyim üçün özümü həyati təhlükədə hesab edirəm. Binadan aşağı düşməyə də qorxuram. Məni təhdid edirlər. Qızımı qəbiristanlığa apardıqları maşını maddi sübüt kimi dəyərləndirməyiblər. Polisə göstərmədən əvvəl maşını yudurdublar".

Tehsil-press.az

Oxşar xəbərlər