Gürcüstanda estakadada rəqs edən turisti ildırım vurub - ANBAAN GÖRÜNTÜLƏR

Gürcüstanda estakadada rəqs edən turisti ildırım vurub - ANBAAN GÖRÜNTÜLƏR Gürcüstanda estakadada Samaradan olan rus turisti ildırım vurub.

BAKU.WS xəbər verir ki, bu barədə "Life SHOT" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, 32 yaşlı Pavel Smirnov dostları və qardaşı ilə Samaradan Batumiyə dincəlmək üçün gəlib. Sentyabrın 11-i axşam onlar musiqi sədaları altında qısa rəqs videosu çəkmək və gün batımına baxmaq üçün estakada toplaşıblar. Rəqs edərkən ruslar uğultu eşidib və Paveli güclü elektrik cərəyanı vurub, bu da videoya düşüb.

Zərbənin təsirindən kişi yerə yıxılıb və bədənindəki paltar yanıb. Hadisə yerinə gələn təcili tibbi yardım maşını onu mədə, kürək və ayaq nahiyəsindən yanıq xəsarətləri ilə xəstəxanaya aparıb. Eyni zamanda Pavelin belə bir zərbədən sağ çıxması və ciddi xəsarət almaması həkimləri təəccübləndirib. Zərərçəkmiş hazırda Batumi Respublika Xəstəxanasındadır.

Tehsil-press.az


Oxşar xəbərlər