Rəfiqəsinin AİLƏSİNİ DAĞITDI, baş leytenant rütbəsi aldı - Elnarə Xəlilova ŞOK DOSYESİ

Rəfiqəsinin AİLƏSİNİ DAĞITDI, baş leytenant rütbəsi aldı - Elnarə Xəlilova ŞOK DOSYESİ Kulis.az müğənni Elnarə Xəlilova haqqında maraqlı faktları təqdim edirik.

Elnarə Sabit qızı Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 saylı ota məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib.

Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib.

13 yaşında ikən anası onu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bənövşə" uşaq xoruna aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub.

1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek-vokalisti olub. Qrupdan ayrıldıqdan sonra "Şərq ulduzları" uşaq teatrında çalışıb. Sonradan "Elnarə və onun dostları" qrupunu yaradıb. 2003-cü ildə "SS Production" şirkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb.

Elnarə Xəlilova "Qəm otağı", "Məhəbbət payım", "Uzaqlara", "Yuxulu şəhər", "Çünki gəncsən", "Cibdə varsa pul" kimi mahnıları ilə böyük məşhurluq qazanıb.

O, 2006-cı ildə ailə həyatı qurub. Həmin il "Məhəbbət payım" adlı solo albomunu buraxıb. "Səbuhi" studiyasında yazılan disk 16 mahnıdan ibarət olub.

2006-cı ildə Elnarə Xəlilova əvvəllər "Lider" televiziyasında jurnalist, aparıcı kimi fəaliyyət göstərmiş, hazırda Dövlət Sərhəd xidmətində çalışan hərbçi Rövşən Cahangirovla ailə həyatı qurub. Bir müddət ailəsinə görə sənətdən uzaqlaşan müğənninin 1 qızı, 3 oğlu var. Müğənni müsahibələrinin birində həyat yoldaşı haqqında deyir: "Rövşən mənim arxamda dayandı və sahib çıxdı. Kim deyərdi ki, Rövşən kimi kişi müğənni qızla evlənəcək?! Düzdür, məni yaxından tanıyanlar necə insan olduğumu bilir. Amma adım müğənnidir. Biz evlənəndə hamı şokdaydı.

Heç kim inanmırdı ki, vətənpərvər verilişlərin müəllifi və aparıcısı gedib müğənni alıb. Hamı bu sözü bizim üzümüzə qarşı dedi. Nişanlanmamışdan əvvəl iki il görüşmüşük. Bizim münasibətlərimizin uzanmağına da səbəb Rövşənin ailəsi idi. Onlar məni gəlin kimi istəmirdilər

Onların narazılığını çox gözəl anlayırdım. Çünki məni tanımırdılar, necə ürəyə malik olduğumu bilmirdilər. Yeganə günahım o idi ki, əlimə mikrofon alıb oxuyuram. Onları qınamırdım. Neyniyim ki, bizim adımız çıxıb?! Bütün dünyada sənət adamlarını birmənalı qarşılamırlar. Biz də təbii ki, baryerlər və maneələrlə rastlaşdıq. Hamı istəyir ki, balası xoşbəxt olsun. Mənim də iki oğlum var. Mən heç vaxt demərəm ki, müğənni qız almayacam. Birmənalı şəkildə bütün müğənnilər pisdir demək olmaz. Rövşən dedi öldü var, döndü yoxdur. Dedi, mən Elnarəni alacam, o, mənim övladlarımın anası olacaq. Hamıya başa saldı ki, bu, mənim seçimimdir. Əks halda pasportlarımızı da götürüb ölkədən gedirdik. Ailə qurduq, üç günə özümü onlara təsdiq etdim".

Elnarənin səhnə fəaliyyətini çox düşünmədən iki hissəyə ayırmaq olar. Evliliyə qədər və evlilikdən sonra. Evliliyə qədər Elnarə Xəlilovanı biz hər addımı yenilik, risk, cəsarət, sərbəstlik fışqıran bir müğənni kimi tanıyırdıq.

Elnarə ailə haqqında suallara cavab verərkən deyir:

"Ailə dağıtmaq 1 saniyədə belə olar, amma qurmağa çox zaman lazımdır. Əlimizdə olanların dəyərini bilmirik. Hər zaman xanımlara dəstək olmuşam. Elə situasiya olur ki, ər içir gəlir evə, pul qazanmır, döyür, söyür. Mən belə hallarda qadına haqq verirəm, buna dözmək olmaz. Mən öz rəfiqəmə "boşan" sözünü demiş, məsləhət vermiş adamam. Onu boşatdırmışam, ona "bu adamdan sənə ər olmaz" demişəm, 7 illik ailə dağılıb. Mən də anayam, mənim də 4 övladım var. Mənim də yoldaşımın işdən əsəbi, ac gəldiyi, əlinin gətirmədiyi vaxtlar olur. Hər xırda şey olanda durub ailəmi dağıtmalıyam? Mən özümü elə aparmaram ki, o məni təhqir etsin. Sən ərinin sözünə qulaq asmalısan. Evdə böyük atadır, ərdir. Hər şey qadının əlindədir. Mən ailə dağıtmağın tərəfdarı deyiləm".

İllər sonra efirdə çıxış edərkən aparıcı ona deyir ki, cırıq kalqotkaların dəbdə olduğu zamanda təzə kalqotkasını cırıb efirə çıxmışdı. Təbii ki, bu nə bəladırsa, səhnə dəlilik tələb edir və Elnarə də həmin illərin bir çox partlayış yaradan müğənniləri kimi efirdə cəsarətli addımlar atırdı.

Ailə qurduqdan sonra isə o, öz dərin dekolteli gəlinlik paltarını belə tənqid edirdi hətta, zarafatyana deyirdi ki, ərimə demişəm, mən bunu geyinmək istəyirdim, istəyirdim, bəs sən hara baxırdın?

Elnarə Xəlilova hərbçidir. Dövlət Sərhəd xidmətində çalışır. Baş leytenant rütbəsi alması ilə bağlı sosial şəbəkədə dolaşan fikirlərə münasibət bildirərkən, müğənni qeyd etmişdi ki, bu rütbə rahatlıqla alınmır.

"Hamı deyir ki, birdən-birə necə Baş leytenant rütbəsi aldın? Mən də izah edirəm ki, bu rütbələri elə-belə adama vermirlər. Mən iki universitet bitirmişəm. Azərbaycan Dillər Universitetini bitirmişəm. Fövqəladə Hallar Nazirliyində tibb bacısıyam. 2004-cü ildən bu günə qədər təmənnasız hərbi xidmətdə olmuşam. Hara çağırıblarsa, getmişəm".

Tehsil-press.az

Oxşar xəbərlər