Elnarə “Lider”dən getdi - Qalmaqallı istefa + Yenilənib

Elnarə “Lider”dən getdi - Qalmaqallı istefa + Yenilənib Müğənni Elnarə Xəlilova “Lider” telekanalındakı “Xeyirli axşamlar” verilişindən ayrılıb. Müğənninin kanaldan ayrılmasına səbəb verilişin rəhbəri ilə yola getməməyi olub.
Bildirilir ki, müğənnidən verilişə dəvət edilmiş qonaqların birini xüsusi təmtəraqla təqdim etmək tələb edilib. O isə buna etiraz edib və deyib ki, həmin qonaq xüsusi təmtəraqla təqdim edilməyə layiq deyil. Bu məsələ isə kanal rəhbərliyi ilə müğənni arasında iplərin tamamilə qopmasına səbəb olub və müğənni "Lider TV"dən ayrılıb.
E.Xəlilovanın prodüseri isə müğənninin kanaldan ayrıldığını təsdiqləsə də, bunun səbəbləri barədə danışmaq istəməyib: “Bəli, Elnarə xanım “Xeyirli axşamlar” verilişindən gedib. Niyə gedib? Bu barədə açıqlama vermək istəmirik”.
Onu da əlavə edək ki, həftə içi 5 gün yayımlanan “Xeyirli axşamlar” verilişini bu axşam E.Xəlilovanın əvəzinə müğənni Nazənin aparacaq.
Qeyd edək ki, Elnarə “Lider”dən öncə "Space"də aparıcılıq edirdi.
***
Müğənninin kanal rəhbərliyi ilə problemi olmayıb:
“Elnarə xanımla Lider telekanalının rəhbərliyi arasında heç bir xoşagəlməz hal baş verməyib. Elnarənin Lider kanalına, kanalın da Elnarəyə çox böyük hörməti var. Müğənninin verilişdən ayrılmasına səbəb verilişin yaradıcı heyəti ilə mövzuların seçimində fikir ayrılıqları olub. Verilişə gələn qonaqların hamısına eyni cür hörmət və sayğı göstərilir və göstərilməlidir”.
***
Müğənninin kanal rəhbərliyi ilə problemi yoxdur:
“Veriliş pordakşın layihəsidir və problem onlar arasında olub. Məsələnin Lider kanalı ilə heç bir aidiyyatı yoxdur”.
***
“Elnarə xanım efir mədəniyyətini pozurdu, rəhbərlik tərəfindən dəfələrlə mənə şikayət gəlirdi. Verilişi apara bilmirdi. Heç bir qonağa görə efirdən getməyib, tamam başqa söhbətdir. Yersiz müdaxilələr edirdi. Layihə rəhbəri kimi məni qəbul etmirdi. Sonuncu dəfə Faiq Ağayevin verilişə gəlişini təşkil etmişdim.
Proqrama gələndə anası üçün gül gətizdirmişdim. Amma gülü efirə çıxıb Faiq bəyə vermək üçün məni təqdim etmədi. Efirdə hər şey var. Üç dəfə efirə çıxmışam, efiri aparmayıb, əsəbiləşmişəm. Bizi saymırdı, öz istədiyi kimi hər şeyi qurmuşdu. İşə dəvət edəndə onunla belə razılaşmamışdıq”.

Tehsil-press.az

Oxşar xəbərlər