"Birinci evliliyimdən övladım yoxdur. Uşaq oldu, 9 aylıq olanda öldü. O, dəstək oldu deməzdim, yanımızda idi. Mən xəstəxanada idim, dəfn mərasimi ilə bağlı hər şeyi atam dəqiq bilir. Bildiyim çox şeyləri də unutmuşam. 16 il əvvəl olub. O qədər stress çəkmişəm ki, səhhətimdə də bəzi problemlər oldu".
Bu sözləri müğənni Əminə Şirin qonaq olduğu "Dəyişən cavab" verilişində deyib.
Sənətçi illər əvvəl evli olduğu həmkarı Kazım Canla münasibətlərindən danışıb. Əminə Kazımın müğənni Səidə Sultanla qatıldığı bir verilişdə evliliklərinə dırnaqarası baxmasından söz açıb:
"Bundan əvvəl Kazım Can Səidə Sultanla başqa bir aparıcının verilişinə çıxıb. Aparıcı sual verir ki, "Siz Əminə xanımla evli olmusunuz". Səidə götürür mikrofonu deyir ki, "O sayılmır". Bu da baxıb deyir ki, "Bəli sayılmır". Sənin valideynlərin, mənim valideynlərim o toyda iştirak edib. Yanındakı hər nə deyirsə, o, onsuz da həyatda heç vaxt düşünüb cümlə qurmayıb. Heç vaxt dərinliyə getməyib ki, mirvari oradadır. Dayazda hamı üzə bilir. Sən də o deyən sözü təsdiqləyirsən. Bəs sən o uşağın ruhuna hörmət qoymursan? Nə dərəcədə yanlışdır bütün bunlar".
Qeyd edək ki, Əminə Şirin 2-ci dəfə ailə həyatı qurub və daha sonra ayrılıb. Müğənninin bu nikahından Fatimə adlı qızı var. Kazım Can isə 5 il əvvəl Brilliant adlı xanımla evlənib.
Tehsil-press.az