Müğənni Elnarə Xəlilova ötən gün sosial şəbəkələrdə yayılan və insanlar tərəfindən birmənalı qarşılanmayan 6 uşaqlı ailəyə baş çəkib.
Tehsil-press.az xəbər verir ki, sənətçi rəfiqəsi və həmkarı Samira Allahverdi ilə bərabər ataları tərəfindən tərk edilən ailənin qonağı olub.
Elnarə ailənin şəraitsiz və acınacaqlı durumda olduğunun şahidi olduğunu bildirib:
“Öz gözlərimizlə gördük. 18 illik həyat yoldaşı 1 il öncə bu ailəni tərk edib. Geriyə qalan 6 körpə uşaq oldu. Xahiş edirəm, heç vaxt heç kimi qınamayaq. Qonağımız başımıza gəlməyənə qədər Allah canımızı almaz. Bizim ürəyimiz istədi gəldik, bu ailəni tapdıq və öz gözlərimizlə onların yaşadığı şəraitsiz daxmanı gördük”.
Müğənni uşaqların sənədsiz olduğunu da öyrənib və ASAN Xidmət Mərkəzinə də müraciət edib:
“Çox istərdim ki, ASAN Xidmət bu uşaqlara sənəd verilməsinə yardım etsin. Uşaqların sənədləri olsun ki, məktəbə gedə bilsinlər”.
Tehsil-press.az