35 yaşında yenidən tələbə oldu

35 yaşında yenidən tələbə oldu Aparıcı Murad Əzimzadə yenidən universitetə qəbul olub.

OLAY yazır ki, bu haqda 35 yaşlı televiziya ulduzu özü məlumat yayıb.

Əzimzadə bildirib ki, o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinə qəbul olub:

“Beynəlxalq münasibətlər ixtisası üzrə təhsilə davam. Yolumuz uzun, enerjimiz çox. Təhsilimizi və təcrübəmizi artırıb, dövlətə, xalqa faydalı olmaq lazımdır”.

Qeyd edək ki, Murad Əzimzadə “Space” televiziyasında “Səhərin statusu” və “Space xəbər” verilişlərinin aparıcısıdır. Murad Müjqan adlı xanımla evlidir və onun Atilla adlı bir oğlan övladı var.

Tehsil-press.az

Oxşar xəbərlər