UNEC dizaynerləri Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə sərgi keçirib

UNEC dizaynerləri Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə sərgi keçirib 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dizayn Məktəbi İçərişəhərdə yerləşən Əzim Əzimzadə adına bağda “Abidələrimiz sərvətimizdir” adlı sərgi keçirib.
Sərgidə Dizayn məktəbinin tələbələri Orxan Abbasovun, Erkan Şentürkün, Ramazan Həbibovun, Ruhəngiz Minacəddinovanın və Zəhra Məmmədovanın rəsm əsərləri nümayiş olunub.
Tədbirdə Əzim Əzimzadənin xatirə muzeyinin direktoru İradə Əzimzadə və Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədova abidələr barədə çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər