Türkiyədəki zəlzələdən sonra zərərçəkənlərə kömək məqsədi ilə qardaş ölkəyə yollanmış Azərbaycan könüllülərinin arasında Bakı Dövlət Universitetinin (BDU) könüllüləri də var.
BDU könüllüləri – Murad Zeynalov, Fazil Bəhramov və Murad Musazadə fevralın 10-dan Türkiyənin Kahramanmaraş bölgəsində yerli əhaliyə zəruri yardım ediblər. Murad Zeynalov və Fazil Bəhramov fevralın 26-da Vətənə dönüb, Murad Musazadə isə hələ də Kahramanmaraşda könüllülük fəaliyyətini davam etdirir.
Türkiyədən qayıtmış BDU könüllüləri ilə görüşən rektor Elçin Babayev onlara təşəkkür edib. Rektor bildirib ki, BDU könüllüləri ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir, bütün məsələlərdə daim vətəndaş mövqeyi göstərirlər.
Murad Zeynalov və Fazil Bəhramov zəlzələ bölgəsində ümumi vəziyyət və Azərbaycan könüllülərinin fəaliyyəti ilə bağlı məlumat veriblər. Qeyd edilib ki, Kahramanmaraşda olduqları 15 gün ərzində evsiz sakinlər üçün çadırların qurulması, humanitar yardımların boşaldılması və paylanmasında yardım göstəriblər.
Tehsil-press.az